Mingəçevirdə “Toyota” piyadanı vurdu

mingecevirde-toyota-piyadani-vurdu
Oxunma sayı: 301

Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan Məcid Xəlilovun idarə etdiyi “Toyota” markalı avtomobil yolu keçən 1955 təvəllüdlü Eldar Salmanlını vurub.

Nəticədə E. Salmanlı müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı