Türkiyədə ağır yol qəzası - Ölənlər var-Video

turkiyede-agir-yol-qezasi
Oxunma sayı: 790

Türkiyənin Malatya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” DHA-ya istinadla xəbər verir ki, sərnişin avtobusunun dərəyə aşması nəticəsində çoxlu sayda insan həyatını itirib.

Hadisə Malatya-Adıyaman magistralında qeydə alınıb.

İlkin məlumatlara görə, hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb. Dəhşətli qəza nəticəsində 4 nəfər hadisə yerindəcə dünyasını dəyişib, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, xilasedicilər və jandarma qüvvələri cəlb olunub.