ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

abs-herbcileri-merakesde-itkin-dusdu
Oxunma sayı: 460

ABŞ ordusuna məxsus iki hərbi qulluqçu Mərakeşdə keçirilən beynəlxalq hərbi təlim zamanı itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə “African Lion 2026” təlimləri çərçivəsində, ölkənin Tan-Tan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, hərbçilər mayın 2-də təlim zonasında yoxa çıxıblar. ABŞ Afrika Komandanlığı (AFRICOM) faktı təsdiqləyib və hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirib.

Hərbçilərin taleyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “African Lion” təlimləri ABŞ və tərəfdaş ölkələrin iştirakı ilə keçirilən ən böyük hərbi manevrlərdən biri hesab olunur.