Maşında sıxılı qalan 26 yaşlı gənc belə xilas olundu - Video

masinda-sixili-qalan-26-yasli-genc-bele-xilas-olundu
Oxunma sayı: 407

Abşeron rayonu, Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2106” və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “VAZ 2106”  markalı minik avtomobilinin sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 26 yaşlı Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.