Nepalda çay məcrasından çıxdı, qarşısına gələni məhv etdi - Video

nepalda-cay-mecrasindan-cixdi-qarsisina-geleni-mehv-etdi
Oxunma sayı: 956

Nepalda yaşayış evlərinin, körpülərin və infrastruktur obyektlərinin dağılmasına səbəb olan güclü daşqın baş verib.

“Qafqazinfo” xəbər verir ki, təbii fəlakət ölkənin Qorkxa rayonunda qeydə alınıb.

Sosial şəbəkə istifadəçiləri fəlakət zonasından kadrlar paylaşıblar. Videogörüntülərdə dağların ətəyi ilə sürətlə axan çayın məcrasından çıxaraq sahilboyu tikililərə güclü zərbə vurması və onları dağıtması əks olunub.

Daşqın nəticəsində 4 nəfər itkin düşüb. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.