Maşında sıxılı qalan sürücü belə xilas edildi - Video

masinda-sixili-qalan-surucu-bele-xilas-edildi
Oxunma sayı: 1607

Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata əsasən, hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, “Iveco” markalı yük avtomobili ilə “Mercedes” markalı digər yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Qədirov Samir Emin oğlunu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.