Tramp Qrenlandiya ilə bağlı bu ölkələrə tarif tətbiq etdi

tramp-qrenlandiya-ile-bagli-bu-olkelere-tarif-tetbiq-etdi
Oxunma sayı: 958

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın alınması ilə bağlı mübahisələr fonunda Avropanın 8 ölkəsinə qarşı kəskin iqtisadi sanksiyalar elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” platformasındakı paylaşımında qeyd edib.

O, fevralın 1-dən etibarən Danimarka, Böyük Britaniya, Hollandiya, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveçdən gələn bütün mallara 10% tarif tətbiq olunacağını bildirib.

Tramp bu addımı həmin ölkələrin Qrenlandiyaya hərbi qüvvə yerləşdirməsinə cavab kimi qiymətləndirib:

“Bu ölkələr naməlum səbəbdən Qrenlandiyaya qoşun yığmağa başlayıblar. Bu, planetimizin təhlükəsizliyi üçün çox təhlükəli bir vəziyyətdir. 1 fevral 2026-cı ildən etibarən bu ölkələr ABŞ-yə göndərdikləri hər şey üçün 10% rüsum ödəyəcəklər”.

Prezident xəbərdarlıq edib ki, əgər iyunun 1-nə qədər Qrenlandiyanın tam satın alınması ilə bağlı razılıq əldə olunmasa, tariflər 25%-ə qədər artırılacaq. Tramp qeyd edib ki, bu rüsumlar Vaşinqtonun adanın mülkiyyət hüququnu əldə edənə qədər qüvvədə qalacaq.