Azərbaycanda balıq və digər su bioresurslarının ovuna dair kvota bölgüsünün təsdiqlənməsi fonunda bazarlarda balıq qiymətlərində artım müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, sənaye və əmtəə məqsədli balıq ovu ilə məşğul olmaq istəyən şəxslər artıq müvafiq icazələrin alınması üçün Bakıdakı “Balıqçılıq və Akvakultura Mərkəzi”nə və ya bölgələrdəki “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Lakin rəsmi ov mövsümünün tənzimlənməsi prosesi gedərkən satış mərkəzlərində qiymət dinamikası alıcıların əleyhinə dəyişib.
Belə ki, hazırda balıq bazarında ən çox tələbat forel və sazan növlərinədir. Satıcıların verdiyi məlumata görə, İranda baş verən hadisələrdən sonra xüsusilə forelin qiymətində kəskin artım qeydə alınıb. Belə ki, cəmi bir neçə gün öncə daha münasib olan forel hazırda 16-17 manata təklif edilir.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər