10–14 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 10 medal qazanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, fizika fənni üzrə Bakı şəhəri Texniki-Humanitar Liseyinin XI sinif şagirdi Məhəmməd Cəfərli, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Murad Xəlil gümüş medala, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məmmədli isə bürünc medala layiq görülüblər.
Riyaziyyat fənni üzrə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın XI sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri 287 nömrəli “Zəkalar” Liseyinin X sinif şagirdi Fərhad İskəndər bürünc medal qazanıblar.
İnformatika fənni üzrə Bakı Türk Anadolu Liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Əkbər Əhmədov gümüş medala, 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev və Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Fateh Əhmədzadə bürünc medala layiq görülüblər.



Son xəbərlər
Son Xəbərlər