Maşını saat 05:35-də hasara çırpdı, öldü

masini-saat-0535-de-hasara-cirpdi-oldu
Oxunma sayı: 3341

Paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 05:35 radələrində Elnur Rafiq oğlu Yüzbaşovun sükanı arxasında olduğu “VAZ-21074” markalı minik avtomobili Ələt qəsəbəsində idarəetmədən çıxaraq yol kənarındakı daş hasara və elektrik dirəyinə çırpılıb.

Ağır xəsarət alan sürücü Kliniki Tibbi Mərkəzə çatdırılsa da, vəfat edib.

Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.