Maskla Zukerberq “rinq”ə çıxacaqlar

maskla-zukerberq-rinqe-cixacaqlar
Oxunma sayı: 1864

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq tviter sosial şəbəkəsinin sahibi İlon Maskla “qəfəs döyüşü” keçirməyə hazır olduğunu deyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Zukerberq öz sosial şəbəkə hesabında paylaşıb. 

“Mənə ünvanı göndər”, - deyə Zukerberq Maskın çağırışına cavab verib.

Qeyd edək ki, xarici mediada yer alan məlumata görə, biznesmenlər arasında mübahisə hələ iyunun əvvəli başlayıb. Bu zaman “Meta”nın menecerlərindən biri şirkət rəhbərliyinə tviterə rəqib ola biləcək “Threads” (yaxud Project 92) tətbiqinin necə olacağını təqdim edib. 

Bunun ardınca Mask sözügedən məlumatları tənqid etdikdə sosial şəbəkə istifadəçilərindən biri milyarderə Zukerberqin ciu-citsu idman növü ilə məşğul olduğunu və ehtiyatlı olmasını tövsiyə edib. Mask isə “Qəfəs döyüşünə hazıram” deyə milyarderə çağırış edib.