Dünya çempionatının 1/8 finalında keçirilən Paraqvay – Fransa görüşündə ara qarışıb.
“Qafqazinfo” xəbər verir ki, 73-cü dəqiqədə komandalar su fasiləsinə yollanarkən fransızların kapitanı Kilian Mbappe və rəqib futbolçu Xuan Kasares arasında gərginlik yaşanıb.
Nəticədə onlar bir-birinə hücum çəkməyə çalışıb. Aranı isə hakim və digər futbolçular sakitləşdirib.
Qeyd edək ki, hazırda matç Fransanın 1:0 üstünlüyü ilə davam edir.
Son xəbərlər
Son Xəbərlər