Mbappe mövsümü erkən bitirə bilər

mbappe-movsumu-erken-bitire-biler
Oxunma sayı: 351

“Real Madrid” komandanın hücumçusu Kilian Mbappenin zədəsinin dərəcəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinə nəticəsində fransalı ulduzun sol ayağının yarımvətər əzələsindən zədə aldığı məlum olub.

Qeyd edək ki, Mbappe La Liqanın 32-ci turunda “Betis”lə keçirilən səfər oyununun (1:1) 81-ci dəqiqəsində ağrı hiss edərək meydanı tərk etmək məcburiyyətində qalmışdı. İlkin ehtimallara görə, 27 yaşlı hücumçu mövsümün qalan hissəsini buraxmaq təhlükəsi ilə üz-üzədir. Klubdan bildirilib ki, futbolçunun bərpa müddəti vəziyyətin dinamikasından asılı olacaq.

Xatırladaq ki, Kilian Mbappe cari mövsümdə “Real”ın heyətində fantastik performans nümayiş etdirir. O, İspaniya çempionatında keçirdiyi 28 oyunda 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında isə 11 matçda 15 qol vuraraq komandasının ən vacib silahına çevrilib.