Mbappe restoran sahibini məhkəməyə verdi

mbappe-restoran-sahibini-mehkemeye-verdi
Oxunma sayı: 2105

PSJ-nin futbolçusu Kilian Mbappe restoran sahibi Mohamed Hennini məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb  restoranda azarkeşlərə verilən yeməyin adının Mbappeylə əlaqəli olmasıdır.

Yeməyə “Mbappenin kəllə sümüyü kimi yumru çörək” adı verildiyi üçün futbolçu Henidən şikayətçi olub.

Mohamed Henini yaşanan xoşagəlməz halla bağlı açıqlama verib.

O, Mbappenin bu hərəkətinə təəcüblənib: “Mbappe məni məhkəməyə verdi. Belə məşhur futbolçunun haqqımda düşünməyə vaxtı olmadığını düşünürdüm. Məni izləmək üçün üçün ona vaxt lazım idi. Heç kimi incitmirəm, bu, sadəcə zarafat idi”.