Məhkəmə adam döyməkdə ittiham edilən ahıl qadına bəraət verdi

mehkeme-adam-doymekde-ittiham-edilen-ahil-qadina-beraet-verdi
Oxunma sayı: 3399

Mübahisə zəminində bir nəfəri döyməkdə ittiham olunan 65 yaşlı Məsumə Qədiməliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bu barədə “Qafqazinfo”ya müttəhimin vəkili Elşad İsayev məlumat verib.

Vəkil deyib ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, təqsiri sübuta yetirilmədiyinə görə M.Qədiməliyevaya bəraət verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, 65 yaşlı Məsumə Qədiməliyeva torpaq mübahisəsi zəminində zərərçəkmişin evinə gedərək onu döyüb.

İstintaq müddətində təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.