Məhkəmə ermənipərəst senatoru bütün ittihamlar üzrə təqsirli bilib

mehkeme-ermeniperest-senatoru-butun-ittihamlar-uzre-teqsirli-bilib
Oxunma sayı: 2393

ABŞ-də Andlılar məhkəməsi Demokratlar partiyasından ermənipərəst senator Robert Menendesi korrupsiya işində bütün ittihamlar üzrə təqsirli bilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb. 

Telekanalın məlumatına görə, 70 yaşlı Menendes rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinib.

Məhkəmə senatorun korrupsiya sxemində iştirak etməkdə təqsirləndirilən daha iki biznesmeni də təqsirli bilib. 

“CNN” qeyd edib ki, qəsb və fırıldaqçılıq ittihamları hər bir maddə üzrə maksimum 20 ilə qədər həbs cəzasını nəzərdə tutur. Ümumilikdə 16 ittiham üzrə Menendesi 222 ilə qədər həbs cəzası gözləyə bilər. 

Xatırladaq ki, R.Menendes əsas olaraq pul və qızıl külçələr şəklində rüşvət almaqda ittiham edilir. Ermənipərəst senator Fred Daibes adlı tərtibatçıdan 400 min dollar dəyərində qızıl külçələr götürməkdə təqsirləndirilir. Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendesə rüşvət verdiyi bildirilir.