Dünya çempionatının 1/8 finalında keçiriləcək Meksika – İngiltərə matçının vaxtı dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi 04:00-da deyil, 05:00-da başlayacaq.
Buna səbəb isə matçın keçiriləcəyi Mexiko şəhərində hava şəraitinin pis olmasıdır.
Belə ki, hazırda matçın oynanılacağı “Estadio Banorte” stadionu ətrafında ildırım çaxır, güclü yağış yağır.
Son xəbərlər
Son Xəbərlər