Məktəbin yanında küçəyə atılmış körpə tapıldı

mektebin-yaninda-kuceye-atilmis-korpe-tapildi
Oxunma sayı: 3367

Gəncə şəhərində küçəyə atılmış 3 aylıq qız tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarında şəhərin A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində 3-4 aylıq uşaq tapılıb. Körpə 2 saylı uşaq xəstəxanasına verilib, səhhəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd