Mərkəzi Afrikada mədən faciəsi - 107 nəfərin meyiti tapıldı - Video

merkezi-afrikada-meden-faciesi
Oxunma sayı: 471

Mərkəzi Afrika Respublikasında qızıl mədəninin çökməsi nəticəsində azı 107 nəfər həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, ölkədə ənənəvi üsullarla işlədilən qızıl mədənində çökmə olub.

Hadisədən sonra ərazidə torpaq sürüşməsi də qeydə alınıb.

Çökmə nəticəsində çox sayda mədənçinin dağıntılar altında qaldığı bildirilir. Axtarış-xilasetmə qrupları və yerli sakinlər tərəfindən aparılan işlər nəticəsində indiyədək dağıntılar altından 107 nəfərin meyiti çıxarılıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Ölənlərin sayının artacağı istisna edilmir.

Mərkəzi Afrika Respublikasında qeyri-rəsmi və təhlükəsizlik standartlarına cavab verməyən qızıl mədənlərinin fəaliyyəti səbəbindən bu cür qəzalar tez-tez baş verir.