Məşhur müğənni təcavüzdə ittiham olunur

meshur-mugenni-tecavuzde-ittiham-olunur
Oxunma sayı: 939

Avstraliyalı aktrisa Rubi Rouz məşhur müğənni Keti Perrinin təxminən 20 il əvvəl Melburndakı gecə klubunda ona təcavüz etdiyini iddia edib. 

“Qafqazinfo” “People” jurnalına istinadla xəbər verir ki, hadisənin 2010-cu ildə Melburnun mərkəzində yerləşən “Spice Market” klubunda baş verdiyi bildirilir.

Rouz sosial media hesabında etdiyi paylaşımda Perrinin ona qarşı uyğunsuz hərəkətlər etdiyini və bu travmanı bölüşmək üçün 20 il vaxt lazım olduğunu qeyd edib. O, artıq polisə rəsmi ifadə verdiyini və istintaqın maraqları naminə artıq bu mövzuda ictimaiyyətə açıqlama verməyəcəyini vurğulayıb.

Viktoriya Polisinin sözçüsü də 2010-cu ilə aid tarixi cinsi təcavüz iddiası ilə bağlı araşdırmanın davam etdiyini təsdiqləyib.

Keti Perrinin nümayəndəsi isə ittihamları qəti şəkildə rədd edərək, sözügedən iddianı yalan adlandırıb. Nümayəndənin sözlərinə görə, Rubi Rouzun müxtəlif şəxslərə qarşı əsassız ittihamlar irəli sürməklə bağlı keçmişi var və bu iddialar gerçəyi əks etdirmir.

Qeyd edək ki, həmin qalmaqallı iddialar fonunda Keti Perri instaqram hesabında pərəstişkarlarına “sizi sevirəm” mesajını paylaşaraq sükutunu qoruyub. Hazırda Melburn Cinsi Cinayətlər və Uşaq Zorakılığı üzrə İstintaq qrupunun detektivləri məsələ ilə bağlı araşdırmaları davam etdirir.