Messi yenidən liderliyə yüksəldi

messi-yeniden-liderliye-yukseldi
Oxunma sayı: 891

DÇ-2026-da bombardirlik yarışında Argentina millisinin kapitanı Lionel Messi yenidən liderliyə yüksəlib. 

“Qafqazinfo” xəbər verir ki, o, Kabo-Verdeyə qarşı 1/16 final matçında (3:2) fərqlənib.

Beləliklə, o hesabındakı qolların sayını 7-yə çatdıraraq FIFA-nın Golden Boot (Qızıl buts) siyahısında ilk pilləyə qalxıb.

Fransa millisinin hücumçusu Kilian Mbappe 6 qol və 2 assistlə 2-ci sırada qərarlaşıb.

1. Lionel Messi (Argentina) – 7 qol;

2. Kilian Mbappe (Fransa) – 6 qol, 2 assist;

3. Erlinq Haaland (Norveç) – 5 qol;

4. Harri Keyn (İngiltərə) – 5 qol;

5. Usman Dembele (Fransa) – 4 qol, 2 assist;

6. Mikel Oyarzabal (İspaniya) – 4 qol, 1 assist;

7. Vinisius Junior (Braziliya) – 4 qol, 1 assist;

8. İsmaila Sarr (Seneqal) – 4 qol, 1 assist.