Metroda halı pisləşən kişi öldü

metroda-hali-pislesen-kisi-oldu
Oxunma sayı: 822

Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bərdə sakini 83 yaşlı Telman Muradov qatarda olarkən halı pisləşib.

Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.