14 aprel Honqkonqda 3x3 basketbol üzrə “Paris 2024” Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinin yarımfinal oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, 3x3 qadın millimiz ilk yarımfinal oyununda Macarıstan seçməsinə qarşı 21-19 hesabı ilə qalib gələrək, adını finala yazdırıb.
Finaldakı rəqibimiz Polşa-Niderland oyununun qalibi olacaq.
Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 13:35 -də start götürəcək və “CBC sport” telekanalı vasitəsilə yayımlanacaq.