Milyonluq fırıldaq və 25 arvad - Hindistanda kuryoz hadisə

milyonluq-firildaq-ve-25-arvad
Oxunma sayı: 464

Hindistanda Gyan Tivari adlı siyasətçi polisə müraciət edərək kürəkəninin nikah dələduzu olduğunu bildirib.

“Qafqazinfo” “The Times of India” nəşrinə istinadən xəbər verir ki, özünü Mumbaydan olan zəngin iş adamı kimi təqdim edən bəy saxta kimliklərlə müxtəlif ştatlarda təxminən 25 qadınla evlənib və onların külli miqdarda pulunu mənimsəyib.

Ailə iki ildən sonra sosial şəbəkələr vasitəsilə həqiqəti öyrənib. Atanın şikayətindən sonra polis faktla bağlı cinayət işi açıb və dələduz bəy həbs olunub.

Sözügedən fakt sosial şəbəkələrin Hindistan seqmentində müzakirələrə səbəb olub.