Mingəçevir su anbarında zəlzələ oldu

mingecevir-su-anbarinda-zelzele-oldu
Oxunma sayı: 2272

Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.