Minik avtomobili iki “Bakubus” avtobusunu əzdi - Foto

minik-avtomobili-iki-bakubus-avtobusunu-ezdi
Oxunma sayı: 2698

Bu gün Zığ qəsəbəsi yaxınlığında “Bakubus” avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai SantaFE” markalı avtomobil dayanacaqdan çıxan avtobuslara çırpılıb.

Nəticədə 44 və 175 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslara xeyli ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır.