“Minsk razılaşmaları artıq mövcud deyil” - Putin

minsk-razilasmalari-artiq-movcud-deyil
Oxunma sayı: 2357

“Rusiya Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımalı idisə, Minsk razılaşmaları artıq mövcud deyil, niyə onları yerinə yetirmək lazımdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bəli, əlbəttə ki, indi Minsk razılaşmaları yoxdur, əgər biz bu qurumların müstəqilliyini tanıyırıqsa, niyə onları həyata keçirək?”, - Putin qeyd edib.