Minskdə KTMT sammiti keçirilir

minskde-ktmt-sammiti-kecirilir
Oxunma sayı: 1676

Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, sammit birgə foto çəkilişi ilə başlayıb.

Təşkilata üzv ölkələrin liderləri sammiti məhdud və geniş tərkibdə görüşlərlə davam etdirəcəklər. 

Kremlin yaydığı məlumata görə, liderlər KTMT-nin son il ərzindəki fəaliyyətini və digər məsələləri müzakirə edəcəklər. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sammitdə iştirak etməkdən imtina edib.