Miqrant qayığını bıçaqladı - Video

miqrant-qayigini-bicaqladi
Oxunma sayı: 995

İfrat sağçı fəal Daniel Tomasın La-Manş kanalında miqrantları daşıyan qayığa bıçaqla zərər vurduğunu əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Denni Tommo” kimi tanınan Tomasın Fransadan gələn iki qayığı izləyərkən qayığa yaxınlaşdığı və onun yan tərəfinə dəfələrlə bıçaqla zərbə endirdiyi görünür. Q

ayıqda həmin vaxt xilasedici işçinin də olduğu bildirilib.

Görüntülərdə Tomasın xilasediciyə “Bura İngiltərədir. Bura artıq Fransa deyil” deyərək qayıqdan düşməsini tələb etdiyi eşidilir.

Hadisə Qosportda miqrant əleyhinə etirazların keçirildiyi vaxt baş verib. Etirazlarla bağlı müxtəlif cinayətlərə görə altı nəfər saxlanılıb.

Yardım təşkilatları Tomasın hərəkətlərini pisləyib. “İrqçiliyə Qarşı Ayaqda Qal” qrupu hadisəni “iyrənc” adlandırıb.

Tomasın miqrant əleyhinə “Patriot Platform” qrupunun fəalı və Tommi Robinsonun tərəfdarı olduğu, daha əvvəl də cinayətə görə həbs cəzası aldığı bildirilib.