Moskvadan Bakıya qonaq gələn ailənin faciəsi - 2 qardaş öldü - Yenilənib

moskvadan-bakiya-qonaq-gelen-ailenin-faciesi
Oxunma sayı: 6105

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov paylaşım edib.

Onun sözlərinə görə, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb.

Bildirilib ki, boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəlibmiş.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 20:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***

Hadisə ilə bağlı FHN-in Mətbuat xidməti məlumat yayıb: 

“Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Vətəndaş - 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib. 

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir”.

Qeyd edək ki, Həmidov Əli Rafiq oğlu və Həmidov Ruslan Rafiq oğlu qardaş olub.