Almaniyanın Frankfurt şəhərində ötən gecə keçirilən aksiyalarda bir neçə mağaza qarət edilib.
“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, hücuma məruz qalan obyektlər arasında idman ayaqqabılar, ətriyyat və silah mağazaları olub.
Frankfurt polisi şəhərin mərkəzində mağazaların şüşələrinin sındırıldığını, hüquq-mühafizə orqanlarına və təcili yardım əməkdaşlarına “molotov kokteyl”ləri atıldığını açıqlayıb. Polis aksiyanın keçirildiyi ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib, 30-dan çox şəxsi müvəqqəti saxlayıb.
“Gen Z regelt” hərəkatının təşkilatçıları isə baş verən zorakılıqdan uzaq olduqlarını bəyan ediblər. Onlar aksiyalardan sonra baş verən hadisələrə təsir edə bilmədiklərini bildirərək, zorakılığın hərəkatın bir hissəsi olmadığını vurğulayaraq bunu “vandallıq” adlandırıblar.
Son xəbərlər
Son Xəbərlər