Motosiklet “04”ə çırpıldı - Sürücüsü yaralandı

motosiklet-04e-cirpildi
Oxunma sayı: 350

Qaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2104” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, Qaxbaş kənd sakini, 1995-ci il təvəllüdlü Nail Tahir oğlu Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov