Müharibə bölgəsində daha bir azərbaycanlı itkin düşdü - Foto

muharibe-bolgesinde-daha-bir-azerbaycanli-itkin-dusdu
Oxunma sayı: 1419

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir həmyerlimiz itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, 1994-cü il təvəllüdlü Ağcabədi sakini Yusif Hacıyev Ukraynanın Kupyansk şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Y.Hacıyev Rusiya ordusunun sıralarından müharibəyə qoşulub.