“Münasibətlərin bu səviyyəyə enməsinə səbəb Azərbaycan olmayıb”

munasibetlerin-bu-seviyyeye-enmesine-sebeb-azerbaycan-olmayib
Oxunma sayı: 2728

“Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu son 30 ildə ən aşağı səviyyədədir. Münasibətlərin bu səviyyəyə enməsinə səbəb isə Azərbaycan olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, vəziyyətin bura gəlib çıxmasının əsas səbəbi Fransanın Azərbaycan-Ermənistan gündəliyini Fransa-Azərbaycan gündəliyinin əsas tərkib hissəsi etməsi olub.

“Fransanın mövqeyi daima ermənipərəst olub. Fransa uzun müddət iki ölkə arasında vasitəçi rolunda olarkən öz ermənipərəstliyini məharətlə 2020-ci ilə qədər gizlədə bilib. 2020-ci ildən sonra isə Fransa öz mövqeyini açıq nümayiş etdirib. İlk zərbələr iki ölkə münasibətlərinə o zaman dəyməyə başladı. Daha sonradan Fransanın bu mövqeyi dəyişərək azərbaycanafob mövqeyinə qədər inkişaf edib. Son zamanlar Fransanın mövqeyi Ermənistanın mövqeyini dəstəkləməklə məhdudlaşmır. Fransa Azərbaycana qarşı bir neçə kampaniyanın müəllifidir. Biz Fransa-Azərbaycan münasibətlərinin gələcək perspektivi barədə danışarkən deməliyik ki, bu ilk növbədə Fransadan asılı olacaq”, - XİN rəhbəri vurğulayıb.

Günel İbrahimova