“Bu, xərclərin azaldılmasına təsir edəcək”

bu-xerclerin-azaldilmasina-tesir-edecek
Oxunma sayı: 799

“Yeni tətbiq olunan interçeync xidmət haqları üzrə yuxarı hədd təsərrüfat subyektlərinin xərclərinin azaldılmasına təsir etmiş olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov “Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi”ni təsdiqlənməsi ilə bağlı məsələni şərhində bildirib.

“Müxtəlif kateqoriyalar var, əvvəlki kateqoriyalara baxılsa, ən üst kateqoriyada 0,25 bənd azalma müşahidə olunur. Nəticə etibarı ilə banklar öz əməliyyat xərclərini bir daha dəyərləndirərək, hesablamalar edərək təsərrüfat subyektlərinə fərqli xidmət haqları tətbiq olunmasını nəzərdən keçirərək təkliflərini verə bilərlər. 

Buarada nağdsız ödənişlərin qəbulu üzrə təsərrüfat subyektlərinə tətbiq olunan xidmət haqqı xərclərinin aşağı salınmasına imkan yaratmış olacaq".

Gülnar Əliyeva