Myanmada vətəndaş hökuməti formalaşdırıldı

myanmada-vetendas-hokumeti-formalasdirildi
Oxunma sayı: 1733

Myanmada hərbi çevrilişə qarşı yaradılmış İttifaq Assambleyasının Nümayəndələr Komitəsi (CRPH) vətəndaş hökumətinin formalaşdırıldığını bəyan edib.

Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.

“2020-ci il seçkilərinin nəticələrinə görə xalqın qanuni iradəsi ilə seçilmiş millət vəkilləri olaraq, Myanma Milli Razılıq Hökumətinin (NUG) yaradılmasını elan edirik”, - bəyanatda deyilir.

Yeni hökumətin Nazirlər Kabinetinin 15 üzvünün adı da açıqlanıb.

Myanmanın sabiq Prezidenti Vin Myin “dövlət başçısı” elan edilib, həbsdə olan keçmiş lider Aun San Su Çji isə “dövlət müşaviri” təyin edilib.

“Baş nazir” postuna Aun San Su Çjinin “Demokratiya uğrunda milli liqa” Partiyasının yüksək rütbəli nümayəndələrindən biri Man Vin Hayn Tan təyin edilib.

Qeyd edək ki, fevralın 1-də hərbi çevrilişdən sonra Myanma parlamentinin deputatları hərbi xuntaya qarşı İttifaq Assambleyasının Nümayəndələr Komitəsini (CRPH) formalaşdırıblar. Aprelin 1-də CRPH 2008-ci ildə qəbul olunmuş Konstitusiyanı tanımadığını bəyan edib.