“Napoli”nin baş məşqçisi oldu

napolinin-bas-mesqcisi-oldu
Oxunma sayı: 451

“Napoli”nin yeni baş məşqçisi Massimiliano Alleqri olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub rəsmi səhifəsində məlumat yayıb.

Belə ki, Neapol təmsilçisi Alleqri ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, 58 yaşlı italiyalı mütəxəssis mayın 25-də A Seriyasının son turunda “Kalyari”yə 1:2 hesablı məğlubiyyətdən sonra “Milan”dakı vəzifəsindən ayrılmışdı. Bir gün əvvəl isə Antonio Konte “Napoli”dən ayrıldığını açıqlamışdı. O, komandaya 2024-cü ildən rəhbərlik edirdi.