“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi ilə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sumqayıt şəhərinin 19 və 7 nömrəli tam orta məktəblərində yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 19 nömrəli məktəbdə keçirilən görüşdə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, ailə və uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova və “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin sədri, bloger Nail Babayev (Kəmərli) şagirdlərlə narkotik vasitələrin və digər zərərli asılılıqların fəsadları, onların qarşısının alınması və sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumatlar paylaşıblar.
7 nömrəli məktəbdə keçirilən görüşdə isə 10–11-ci sinif şagirdlərinə narkomaniyanın insan həyatına vurduğu ağır zərbələr real həyat hekayələri əsasında çatdırılıb. Nail Babayev (Kəmərli) son 5 il ərzində narkomaniyadan əziyyət çəkən şəxslərlə apardığı çəkilişlər zamanı qeydə aldığı həyat hekayələrini və onların peşmançılıqlarını şagirdlərə təqdim edib.
Görüşlərin əsas məqsədi yeniyetmələr arasında narkotik vasitələrə və digər zərərli vərdişlərə qarşı maarifləndirmə aparmaq, sağlam həyat tərzini təşviq etmək və gənclərin gələcəkdə düzgün seçim etmələrinə dəstək olmaqdır.












Son xəbərlər
Son Xəbərlər