NATO Azərbaycan-Ermənistan razılaşmasını dəstəkləyir

nato-azerbaycan-ermenistan-razilasmasini-destekleyir
Oxunma sayı: 745

“NATO Azərbaycan və Ermənistan arasında normallaşma səylərini dəstəkləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “X” hesabında qeyd edib.

“Sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci ildə Almatı bəyannaməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberq regiona səfərində NATO-nun normallaşma səylərini güclü şəkildə dəstəklədiyini ifadə edib”, - Kolomina bildirib.