NATO-nu razılaşmalara əməl etməməkdə ittiham etdi

nato-nu-razilasmalara-emel-etmemekde-ittiham-etdi
Oxunma sayı: 1629

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nu razılaşmalara əməl etməməkdə ittiham edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Kiyevdə Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün üç mühüm bənddən ikisini yerinə yetirməyib.

“Birinci məqam maliyyədir ki, bu, ikitərəfli səviyyədə həm tərəfdaşlar, həm də ABŞ tərəfindən müsbət qarşılanıb. İkinci məqam silahların vaxtında çatdırılması, üçüncüsü isə Ukraynaya tam olaraq nəyin çatdırılmasıdır”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, Şimali Atlantika Alyansı göstərilən şərtlərdən yalnız birincisini yerinə yetirib.