Naxçıvan-Şahbuz magistralında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər