Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü

neftcalada-3-yasli-usaq-traktorun-qosqusunun-altinda-qalib-oldu
Oxunma sayı: 764

Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvana gedən yolda qeydə alınıb.

İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.