Nepalda baş verən daşqınlarda ölənlərin sayı 1294 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Milli İdarəsi məlumat yayıb.
Bildirilib ki, 5053 nəfərin isə taleyi hələ də məlum deyil.
Məlumata görə, indiyədək 13095 nəfər xilas edilib. Zərər çəkmiş ərazilərdə axtarış-xilas etmə əməliyyatları davam etdirilir.
Xatırladaq ki, avqustun 26-da Nepal və Çinin sərhədyanı bölgələrində güclü daşqın baş verib. İlkin ehtimala görə, buna zəlzələ nəticəsində buzlağın çökməsi səbəb olub.
Son xəbərlər
Son Xəbərlər