Nepalda ölənlərin sayı 626-ya çatdı

nepalda-olenlerin-sayi-626-ya-catdi
Oxunma sayı: 384

Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 626-ya yüksəlib.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki açıqlama ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Son məlumatlarda ölənlərin sayının 579 olduğu, təxminən 2 min nəfərin isə itkin düşdüyü bildirilirdi.

Qeyd edək ki, Nepal-Çin sərhədində baş verən buzlaq çökməsindən sonra yaranan güclü sel və daşqınlar genişmiqyaslı dağıntılara səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Fəlakət nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb.