Nəriman Axundzadə “Erzurumspor”da - Video

neriman-axundzade-erzurumsporda
Oxunma sayı: 378

Türkiyənin “Erzurumspor” klubu azərbaycanlı hücumçu Nəriman Axundzadənin transferini elan edib.

“Qafqazinfo” xəbər verir ki, qardaş ölkə təmsilçisi gənc futbolçu ilə razılıq əldə olunduğunu bildirib.

Klubun yaydığı rəsmi məlumatda qeyd olunur ki, Nəriman Axundzadə Ərzuruma gəldikdən və tibbi müayinədən uğurla keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.