Nəsimidə “Zərif uğurların nişanəsi” adlı tədbir keçirildi - Fotolar

nesimide-zerif-ugurlarin-nisanesi-adli-tedbir-kecirildi
Oxunma sayı: 2072

Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevaya həsr olunmuş “Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının rəhbərliyi, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

İlk olaraq Zərifə Əliyevaya həsr olunmuş sənədli filmə baxılıb. Tədbirdə çıxış edən Nəsimi rayon Ağsaqallar Şurasının sədri, tibb elmləri doktoru Vaqif Şadlinski qeyd edib ki, Əliyevlər ailəsinin xeyir-bərəkət simvolu olan, azərbaycanlı qadınına, analara məxsus müqəddəs duyğuları şəxsiyyətində, simasında formalaşdıran Zərifə xanım həyat yoldaşı, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insana, sözün həqiqi mənasında, əsl dost, yaxın silahdaş və mənəvi dayaq olub. 

Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə nəzərə çatdırıb ki, Zərifə xanım heç zaman gərgin işdən usanmayıb, ürəkdən və ilhamla çalışıb. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.

Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru Rafiq Məmmədhəsənov bildirib ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs, o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə Əliyeva əfsanəyə çevrilərək xalqımızın qəlbində və yaddaşında yaşamaqda davam edir və milli qadın kimliyinin parlaq örnəyi olaraq tarixin silinməz silsilələrində əbədi yaşayacaq.

Tibb elmləri doktoru, Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur Zərifə xanımın yüksək insani keyfiyyəti, dərin zəkası, insanlara olan qayğısından, tibb elminə verdiyi töhfələrdən bəhs edib.