Niger hərbçiləri Prezidenti vəzifəsindən kənarlaşdırdı

niger-herbcileri-prezidenti-vezifesinden-kenarlasdirdi
Oxunma sayı: 2138

Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi hərbçilərin milli televiziyanın efirində səsləndirdiyi bəyanata istinadən bildirib.

“Ölkə sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir”, - agentlik hərbçilərin sözlərini sitat gətirir.  

Onlar, həmçinin ölkədə bütün müəssisələrin bağlandığını elan edib.

Hərbçilər hakimiyyətdən uzaqlaşdırılan şəxslərin fiziki toxunulmazlıqlarının təmin ediləcəyini bəyan ediblər.

Qiyamçılar əlavə ediblər ki, təhlükəsizliyin, iqtisadi və sosial vəziyyətin pisləşməsi səbəbindən bu sistemə son qoymağa qərar veriblər.

Ümummilli komendant saatı 19:00-dan 05:00-dək tətbiq edilir.