Nigeriyada qanlı hücum - 50 nəfər qətlə yetirildi

nigeriyada-qanli-hucum
Oxunma sayı: 590

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı dəstələrin kəndə hücumu qanlı faciə ilə nəticələnib.

“Qafqazinfo” “Al Jazeera”ya istinadla xəbər verir ki, hadisə ştatın Bukkuyum bölgəsindəki Tungan Dutse kəndində baş verib.

Yerli hakimiyyət orqanları və sakinlərin verdiyi məlumata görə, motosikletlərlə kəndə daxil olan silahlı şəxslər əhaliyə divan tutublar. Hücum nəticəsində azı 50 nəfər qətlə yetirilib. Silahlılar binaları və evləri yandırıb, həmçinin aralarında qadın və uşaqların da olduğu çox sayda sakini qaçıraraq naməlum istiqamətə aparıblar.

Xatırladaq ki, Nigeriyanın şimal-qərb bölgəsi tez-tez “quldurlar” kimi tanınan silahlı qrupların hücumuna məruz qalır. Bu dəstələr adətən fidyə tələb etmək, mal-qara qarət etmək və ya kəndləri nəzarətə götürmək məqsədilə kütləvi qətliamlar törədirlər.