“O gün olsun, sənə çata bilim” - “Bəxt üzüyü”nün Hüseynindən xanımına

o-gun-olsun-sene-cata-bilim
Oxunma sayı: 1424

Əməkdar artist Ayşad Məmmədov ötən gün sənət dostları ilə bərabər xanımı, aktrisa İlqarə Tosovanın doğum gününü qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, aktrisanın instaqramda həmin gündən paylaşdığı video izləyicilər tərəfindən maraqla qarşılanıb.

Belə ki, Ayşad Məmmədov xanımına sevgi dolu sözlər səsləndirərək bildirib:

“Həmişə mənim üçün maraqlı olacaqsan. Təbrik edirəm səni. Gün o gün olsun ki, gəlib sənə çata bilim”.

Qeyd edək ki, ötən gün aktrisa İlqarə Tosovanın 60 yaşı tamam olub. Dekabrın 6-da isə Ayşad Məmmədov 71 yaşını qeyd edib.

Xatırladaq ki, Əməkdar artist Ayşad Məmmədov “Bəxt üzüyü” filminin Hüseyn obrazı kimi tanınır.