“O, siyasi terrorçudur” - Səməd Seyidov

o-siyasi-terrorcudur
Oxunma sayı: 5862

“AŞPA-nın almaniyalı deputatı Frank Şvabe siyasi terrorçudur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Frank Şvabe iç üzünü açıb: “O,özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçidir. O, AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.

Qeyd edək ki, Frank Şvabe özünün “X” hesabında paylaşımında Azərbaycanın AŞPA-ya geri qayıtmağa yolu olmadığını yazıb.